01 Fevral 2022, 18:28
TOP OYUNLARI
"Sərhədçi" voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. Matc.az xəbər verir ki, müraciətdə komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun koronavirusa yoluxduqları diqqətə çatdırılıb:
"Onların məşq prosesində komandanın digər üzvlərilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin "Murov"la oyunları başqa tarixə dəyişdirilsin".
Bu müraciət əsasında "Sərhədçi"nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.