"Mənim üçün burada olmaq böyük şərədir. FİFA nümayəndəsi olaraq müəyyən qeydlərimi etmək çox xoşdur". Matc.az xəbər verir ki, bunu FİFA-nın nümayəndəsi Nodar Axalkatsi AFFA-nın bugünkü Hesabat Konfransında deyib.
 
O, FİFA prezidenti Canni İnfantino adından tədbir iştirakçılarını salamlayıb: "çətin pandemiya günlərində bu tədbiri təşkil etdiniz. Futbol ailəsinin bir araya gəlməsi bir daha göstərir ki, son iki il ərzində bir çox irəliləyişə nail olunub. Uyğunlaşmaq, innovativ olmaq, maneələrə sinə gərmək vacibdir. Bakıda keçən il möhtəşəm tədbir keçirildi, Aç-2020-nin 4 oyunu burada oldu. Azərbaycan ən vacib tədbirləri keçirmək təcrübəsinə malik olduğunu dəfələrlə sübut edib".
 
Axalkatsi AFFA və FİFA arasındakı əməkdaşlığın ildən-ilə möhkəmlənməsinə ümid etdiyini söyləyib: "FİFA administrasiyası birgə layihələrimizdən qürur duyur. Əsas komponent həm Bakıda, həm də regionlarda futbolun inkişafı görünür. Əminəm ki, gənc nəsil bunlardan səmərəli yararlanacaq. Eyni zamanda Azərbaycan da artıq futbol texnologiyasına malik ölkələr arasındadır. VAR sisteminin Premyer Liqada tətbiq olunmasını gözləyirik. Müəyyən gecikmələr barədə eşitdik. Amma bununla bütün dünya üzləşir. Birgə cəhdlərimizlə bu çətinliklərin də öhdəsindən gələcəyik. Son illər futbolun inkişafı üçün gördüyünüz işlər FİFA tərəfindən müsbət qiymətləndirilir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest