Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu "Neftçi"nin futbolçusu Voyislav Stankoviç üçün əlamətdar olub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu "Neftçi"nin futbolçusu Voyislav Stankoviç üçün əlamətdar olub. Matc.az xəbər verir ki, serbiyalı müdafiəçi Bakı klubunun heyətində 75-ci oyuna çıxıb və 5-ci qoluna imza atıb.
 
"Sabah"la ev matçınadək 74 görüşdə 4 dəfə fərqlənən arxa xətt oyunçusu hesabı açmaqla ikiqat yubileyi gerçəkləşdirib. 2019-cu ilin yayından "ağ-qaralar"ın heyətində çıxış edən müdafiəçi Premyer Liqada 56 (4 qol) kubokda 5 (1 qol), avrokuboklarda 14 matç keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest