"Düşünürəm ki, Mahir "Dinamo"nun əsas bombardirlərindən olacaq. O, inanılmaz dərəcədə sürətli oyunçudur"

"Mahir çox mədəni, tərbiyəli oğlandır. İngiliscə əla danışır və düşünürəm ki, onun "Dinamo"ya uyğunlaşması çox zaman almayacaq. Hesab edirəm ki, bu, "Dinamo"nun uğurlu transferidir". Matc.az xəbər verir ki, bu sözləri xorvatiyalı mütəxəssis Mario Tokiç Mahir Emrelinin "Dinamo"ya (Zaqreb) transferinə münasibət bildirərkən deyib.  

Azərbaycan millisində Nikola Yurçeviçin köməkçisi işləmiş  Tokiç bildirib ki, millimizin futbolçusu yeni komandasında əsas simalardan biri olacaq: "O, Azərbaycanın ən yaxşı komandası olan "Qarabağ"da  çıxış edib. Pressinq etməyi xoşlayır. çox vaxt cinahda oynasa da, hücumçu kimi də komandasına xeyri dəyir. Biz onu millidə bu mövqedə də sınadıq. "Dinamo"ya keçən hücumçu üçün müdafiə olunan komandalara qarşı necə oynamağı bilmək vacibdir. Xorvatiya Milli Liqasında bütün komandalar "Dinamo" ilə oyunda müdafiə futboluna üstünlük verirlər. Düşünürəm ki, Mahir "Dinamo"nun əsas bombardirlərindən olacaq. O, inanılmaz dərəcədə sürətli oyunçudur. Mən həmişə onun özünə demişəm ki, o, bu sürətindən 100 faiz istifadə etmir". 

Tokiçin fikrincə, Emreli avrokuboklarda da yeni komandasına kömək edəcək: "Qitə yarışlarında da "Dinamo" Mahiri sürətindən və texnikasından lazımınca faydalana bilər. Həm Mahir, həm "Dinamo" üçün deyə bilərəm ki, bu transfer uğurlu olacaq. Müsbət haldır ki, onun Avropada – "Legiya" klubunda təcrübəsi oldu. Azərbaycanlı futbolçular öz vətənlərində yaxşı qazanırlar. Ona görə də onlardan çoxu ölkəni tərk etmək barədə düşünmürlər. Onlara evdə yaxşıdır. Mahir isə irəli getmək üçün addım atdı. çünki sübut etmək istədi ki, bir azərbaycanlı futbolçu da Avropada yaxşı uğur qazana bilər. O, Varşavada adaptasiya keçdi. İndi Mahirə həmişə əcnəbilərə münasibətdə qonaqpərvər olan Zaqrebdə daha rahat olacaq". 

Xatırladaq ki, M.Emreli dünən Xorvatiyanın ən güclü klubu sayılan "Dinamo" (Zaqreb) ilə 4,5 illik müqavilə bağlayıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest