2020/2021 mövsümündə AFFA-nın hakimlər və hakim-inspektorlar üçün ayırdığı vəsaitin məbləği açıqlanıb. Matc.az xəbər verir ki, milli assosiasiyanın hesabatında bu istiqamətdə ümumilikdə 1 634 388 manat xərclənildiyi bildirilir.
 
Azərbaycan çempionatlarının oyunlarına ümumilikdə 152 hakim təyinat alıb. Bunların 135-i kişi, 17-si isə qadın ədalət təmsilçiləridir. Onların orta yaş həddi 29,9 olub.
 
Həmçinin matçlarda 23 AFFA nümayəndəsi və 15 hakim-inspektor fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest