İngiltərənin "Brentford" komandasının baş məşqçisi Tomas Frank koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
COVİD-19 testi pozitiv çıxan mütəxəssis karantinə alınıb. O, ölkə kuboku çərçivəsində keçiriləcək "Everton"la oyunda komandasının yanında ola bilməyəcək.
 
"Everton" – "Brentford" matçı fevralın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest