İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Kleman Lanqle zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sol ayağında əzələ zədəsi ilə üzləşən futbolçunun bərpa müddəti açıqlanmır. Onun bir müddət komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.
 
Kleman Lanqle 2018-ci ildən "Barselona"da çıxış edir. Fransa yığmasının da üzvü olan 15 yaşlı futbolçu, bu mövsüm 16 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest