Türkiyənin "Trabzonspor" klubunun prezidenti Ahmet Ağaoğlu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
65 yaşlı funksioner öz evində karantinə alınıb. Klub rəhbərinin səhhətinin sabit olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest