Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Roma" doğma meydanda "Cenoa"nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
 
Turun mərkəzi görüşündə lider "İnter" əzəli rəqibi "Milan"la üz-üzə gəlib. üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər. Günün digər matçında "Fiorentina" "Latsio"nu sınağa çəkib. Bu oyunda da qonaqlar darmadağınla qalib gəliblər.
 
"Yuventus" bu turda "Verona" ilə qarşılaşacaq, "Napoli" isə səfərdə "Venetsiya"nın qonağı olacaq.
 
İtaliya A Seriyası
24-cü tur
5 fevral
 
Roma – Cenoa 0:0
 
İnter – Milan 1:2
Qol: Perişiç, 38 – Jiru, 75; 78.
 
Fiorentina – Latsio 0:3
Qol: Milinkoviç-Saviç, 52. İmmobile, 70. Biraqi, 81-öz qapısına.
 
6 fevral
 
15:30 Atalanta – Kalyari
18:00 Bolonya – Empoli
18:00 Venetsiya – Napoli
18:00 Sampdoriya – Sassuolo
21:00 Udineze – Torino
23:45 Yuventus – Verona
 
7 fevral
 
23:45 Salernitana – Spetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest