"Burada hər şey qaydasındadır. Avropa Liqasına vəsiqə qazanmaq hədəfi var. Yerli oyunçular çox olanda, bir az çətin ola bilər"

"İsrailin "Hapoel" klubundan ayrıldıqdan sonra azad agent idim. ötən yayda təkliflər çox olmadı. Amma Azərbaycan klubu məni çoxdan dəvət etmək istəyirdi. "Səbail" yaxşı şərait təklif etdi, məni komandanın liderlərindən biri kimi gördü. Bu da məni heyran etdi və birillik müqavilə imzaladım. Burada öz dəyərimi sübut etməyə çalışıram". Matc.az xəbər verir ki, bunu "Səbail"in yarımmüdafiəçisi Domantas Şimkus deyib.

Litva mətbuatına danışan  26 yaşlı futbolçu ölkəmizdə özünü yaxşı hiss etdiyini bildirib: "Azərbaycanda bu kluba hörmət edirlər. Bir-iki il əvvəl "Səbail" Avropa Liqasında oynayırdı, Maykl Essyen bu komandada çıxış edirdi. Burada hər şey qaydasındadır. Avropa Liqasına vəsiqə qazanmaq hədəfi var. Yerli oyunçular çox olanda, bir az çətin ola bilər. Amma istiqanlı insanlardır, ona görə də uyğunlaşmaq mənim üçün böyük problem olmadı".

Şimkusun doğma şəhəri olan Şyaulyayın eyniadlı komandası birinci divizionun qalibi olaraq, elitada iştirak hüququna yiyələnib. O, gələcəkdə bu kluba keçidini istisna etməyib: "Şyaulyay"ın menecerləri və məşqçiləri ilə çox isti əlaqələrim var. Yüksək liqaya vəsiqə qazandıqları üçün çox şadam. Mən də çox xoşbəxtəm. Bəlkə bir gün Şiaulyaya qayıtmalı olacağam".

Qeyd edək ki, Domantas Şimkusun "Səbail"lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest