Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Sinan Gümüşlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı hücumçu ilə müqaviləyə xitam verilib. Buna Sinan Gümüşün karyerasını "Antalyaspor"da davam etdirmək istəməsi səbəb olub. O, yeni klubu ilə 2.5 illik sözləşmə imzalayıb. Hücumçu gələcəkdə başqa bir kluba satılacağı halda gəlirin 50 faizi "Fənərbaxça"ya ödəniləcək.
 
Sinan "Fənərbaxça"ya ötən mövsümün əvvəlində transfer edilmişdi. O, 2020-ci ildə də "Antalyaspor"da forma geyinib. Gümüş İtaliyanın "Cenoa", Almaniyanın "Ştutqart" klubunda, həmçinin "Qalatasaray"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest