Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınan oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, qarşılaşmalar fevralın 14- da "Murov" Voleybol Klubunun idman zalında baş tutacaq. 
 
Günə saat 15:00 –da IV turdan təxirə salınan "Sərhədçi" - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da isə l turun "Murov" – "Ekspress" matçı başlayacaq. 
 
Məlumat üçün bilirək ki, bu görüşlərdən sonra  kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının I dövrə oyunları yekunlaşacaq. 
 
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest