"Səfərdə layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Olimpik" (Marsel) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Heydər Əliyev aeroportunda deyib.
 
50 yaşlı mütəxəssis bildirib ki, matça rahat yox, çox ciddi hazırlaşıblar: "Yaxşı rəqibə qarşı oynayacağıq. Futbolçuların bu günlərdə inamlı olmaları üçün çalışırıq. Böyümək istəyiriksə, özümüzə daha çox güvənməliyik. Daim bunu oyunçulara demişik. Əminəm ki, nəticəsini görəcəyik".
 
Qurbanovun sözlərinə görə, futbolçuların hazırlığı normaldır: "Sadəcə, ola bilər ki, mənimlə danışanda hər şeyə "Bəli, hazırıq" desinlər. Amma futbolçu psixologiyası fərqlidir. Neçə illərdir onları tanıyıram. Bəzən, deməsələr də, narahatlıq hiss edirik. Lakin hazırda bunu futbolçularda görmürəm. Bir neçə toplantımız oldu. Hamısı rəqibi çox yaxşı, yaxından tanıdı. Son illərdə onların böyüdüklərini hiss edirəm. ümid edirəm ki, yanılmıram". (Report)
 
Fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması isə ayın 24-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest