Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ"ın futbolçuları ilə görüşü

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ"ın futbolçuları ilə görüşüb. Matc.az xəbər verir ki, bu barədə səfir "Twitter"dəki səhifəsində məlumat paylaşıb.
 
Mustafayev Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"i ilə səfər oyunundan öncə Ağdam klubuna uğurlar arzulayıb:
 
"Doğma "Qarabağ" futbol klubumuza uğurlar arzu edirik. Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest