"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən Rahim Sterlinqlə müqaviləni uzatmağı xahiş edib. Matc.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano məlumat yayıb. Qvardiola Sterlinqlə yolların ayrılmasını istəmir.
 
Bir müddət əvvəl ingilis futbolçunun gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləni uzatmağa razı olmayacağı təqdirdə transferə çıxarılacağı barədə məlumat yayılmışdı.
 
Qvardiola klub rəhbərliyinə bildirib ki, Sterlinq "şəhərlilər"in əsas oyunçularından biridir və onu komandada saxlamaq lazımdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest