Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan çempionatın VII turuna "Neftçi" MOİK matçı ilə start verilib. 
 
I dövrədə MOİK klubuna məğlub olan "Neftçi" ikinci görüşdə revanş alıb. İlk hissəni 25:13 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası növbəti setlərdə də rəqibindən səhvsiz oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:13, 25:14, 25:16).
 
Günün ikinci qarşılaşması "Ekspress" və "Murov" komandaları arasında olub. "Murov" bu görüşü 3:0 (25:19, 25:18, 25:12) hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib. 
 
Beləliklə, bu turdan sonra "Murov"un 14, "Neftçi"nin 13, MOİK-in 12, "Ekspress"in isə 3 xalı olduğu halda, VII turda istirahət edən "Sərhədçi" komandası xalsızdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest