"Qarabağ" bu gün futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel "Olimpik"i ilə (Fransa) cavab oyununa çıxıb. Matc.az xəbər verir ki, ilk oyunda bu rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma meydandakı cavab qarşılaşmasında qələbə qazanmağa çalışıb. Lakin bu dəfə də 3 qola üzülən Azərbaycan təmsilçisi mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

"Qarabağ" tarixində ilk dəfə olaraq avrokuboklarda qrupdan çıxaraq, pley-off mərhələsində mübarizə aparırdı. Bu, Azərbaycan futbolu tarixində də ilkdir.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral

Qarabağ – Olimpik (Marsel) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.La Fuente, 90+2.
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.

Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Olimpik: 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due çaleta-çar, 21. Valenten Ronjye, 22. Pape Qeye.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz ündər, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola.
Baş məşqçi: Xorxe Sampaoli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest