Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, ölkə çempionatında IX turunun matçları fevralın 25-də, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
 
Fevralın 25-də ilk olaraq meydana "Murov" və "Abşeron" komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan sonra UNEC - " Azərreyl" duelinə start veriləcək.
 
Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da "Azərreyl" –"Abşeron" komandaları arasında olacaq. Dövrəyə UNEC - "Murov" görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
 
Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında pandemiya səbəbindən azarkeşsiz təşkil olunacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest