25 Fevral 2022, 10:07
TOP OYUNLARI
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunun heyətində növbəti uğura imza atıb. Matc.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası "Mevza" (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.
"Vaşaş" Vyanada keçirilən yarışın finalında Sloveniyanın "Kalsit" klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19).
Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vaşaş" mövsümdə ilk beynəlxalq kuboku qazanıb.