"Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır.

"Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə "meta-ratings.kz" saytı məlumat yayıb.
 
27 yaşlı futbolçu Qazaxıstanın "Turan" klubu ilə razılığa gəlib. Tərəflərin yaxın vaxtda rəsmi müqavilə imzalayacağı bildirilib. 
 
Emilin "Turan"a keçidinə "Qarabağ" da razıdır. Onun Ağdam klubu ilə sözləşməsinin müddəti cari mövsümün sonuna qədərdir. 
 
Emil Balayev "Turan"ın hazırkı baş məşqçisi Vladimir Qazzayevin rəhbərliyi altında 2019-cu ildə "Tobol"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest