Rusiyanın məşhur voleybolçusu Yekaterina Qamova ölkəsinin Ukraynaya hərbi müdaxiləsini qınayıb. Matc.az xəbər verir ki, ikiqat dünya çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
 
Veteran hücumçu bildirib ki, bu biabırçı səhifə ölkənin tarixində həmişəlik qalacaq: "Heç vaxt düşünməzdim ki, ordumuz hansısa Avropa ölkəsinə hücum edər, oranı bombalayar, güllə atar. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Sanksiyalar tətbiq olunur, digər ölkələr bizi görmək istəmir, təcrid edirlər. Onlar hökumətimizi mümkün olan hər şeylə, qeyri-hərbi yolla dayandırmağa çalışırlar. Mən susa bilərdim? Bilərdim. Amma həm utanır, həm də qorxuram. Sadəcə, bilin ki, Rusiyada çox insan baş verənlərə qarşıdır. Bağışlayın"!
 
Azərbaycan millisinin sabiq voleybolçusu, əslən Ukraynadan olan Yelena Şabovta bu postuna görə Qamovaya təşəkkür edib: "Sən əla idmançı, gözəl insansan. Bilirəm ki, sən öz ölkəni nə qədər çox sevirsən! Amma indi baş verənlər dəhşət və kabusdur. Mən ukraynalıyam və həqiqətən ölkəmdə nə baş verdiyini bilirəm. Orada mənim qohumlarım və uşaqlıq dostlarım yaşayır. Onların hamısı əsasən Ukraynanın şimal bölgəsindəndirlər. Qohumlarım Ukrayna ordusunun sıralarındadırlar. Onlar nasist deyillər və sonadək güclü Rusiya ordusuna qarşı savaşırlar. Qüvvələr nisbəti bərabər deyil və bunu hamı bilir. Rusiya KİV-lərində yazılanlar tamamilə yalandır" (report).
 
Şabovta müharibəyə görə 2 gündür ağladığını yazıb: "Xalqıma qarşı baş verənlər terrordur. Mən yalnız öz mediasının yalan xəbərlərini eşidən rus xalqını günahlandırmıram. Müharibə Rusiya bombardımanına qarşı dirəniş göstərən əsl Ukrayna ordusuna qarşı aparılır. ümid edirəm ki, belə düşünən tək sən deyilsən".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest