Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov FİFA-nı Rusiya millisi ilə bağlı qərarına görə qınayıb. FİFA Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib. Rusiya millisi ev oyunlarını da neytral meydanda keçirəcək.
 
Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov, bütün bunlara görə FİFA-nı qınayıb:
 
"Bu, bir növ absurddur. Düzünü desəm, FİFA-dan belə bir qərar gözləmirdim, çünki dünya çempionatı noyabrda keçiriləcək. Yalnız bundan sonra növbəti dünya çempionatının seçmə oyunları başlayacaq.
 
Nəyə görə belə bir qərarın qəbul edilməsi mənim üçün tamamilə anlaşılmazdır.
 
Qəfildən, komandanın bayraqsız, himnsiz və "Rusiya" adı olmadan oynayacağını müəyyənləşdirirlər. Bu, absurddur. Avropa İttifaqı və Avropa futbol federasiyalarının təzyiqi altında bu qərar FİFA tərəfindən verilən qorxulu qərardır. Mən bu qərarı başa düşmürəm".
 
Martın 24-də Dç-2022-nin pley-off mərhələsi çərçivəsində Rusiya və Polşa arasında pley-off matçı planlaşdırılır. FİFA Ukraynadakı vəziyyətə görə gələcəkdə Rusiyanı turnirlərdən kənarlaşdıra bilər.
 
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest