"çelsi"nin müdafiəçisi Andreas Kristensen yay transfer pəncərəsində "Barselona"ya keçə bilər. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə Kataloniya klubu öz aralarında razılığa gəlib.
 
Xəbərdə bildirilir ki, Kristensenin yayda "Barsa"ya keçidi 99 faiz həll olunub.
 
Kristensen bu mövsüm "çelsi"nin heyətində 14 oyun keçirib, qol vurmayıb. Onun "çelsi" ilə müqaviləsi yaya qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest