Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
 
"Betis" doğma meydanda "Rayo Valyekano" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda "Betis" 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə qalib müəyyənləşmədiyi üçün sözügedən komanda finala yüksəlib.
 
Daha öncə "Valensiya" da həlledici oyuna vəsiqə qazanmışdı. Həlledici oyun aprelin 23-də baş tutacaq.
 
İspaniya kuboku
Yarımfinal
 
2 mart
 
Valensiya – Atletik 1:0 (ilk oyun 1:1)
Qol: Qedes, 43.
 
3 mart
 
Betis – Rayo Valyekano 1:1 (ilk oyun 2:1)
Qol: B.İqlesias, 90+2 - Bebe, 80.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest