Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb. Matc.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Nalçik şəhərində yoxlama görüşləri keçirəcək.

Boksçularımız 3 qarşılaşmada qüvvəsini sınayacaq. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

Komandamız fevralın 7-də Vətənə qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest