Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu 17-ci tur çərçivəsində baş tutan "Hayduk"la matçın iştirakçısı olub.
 
Bu qarşılaşmada qalib müəyyənləşməyib - 0:0. Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənib.
 
Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest