Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Dinamo"su ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
 
"Arsenal" geridə qalan 21 turda 20 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest