Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə martın 15-də start veriləcək. Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Həmin gün XI tur çərçivəsində "Ekspress" – "Neftçi" və "Murov" - "Sərhədçi" matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və 18:00-da start götürəcək.
 
Martın 18-də isə XII turun oyunları baş tutacaq. öncə meydana saat 15:00-da MOİK və "Neftçi" komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra "Murov" - "Ekspress" duelinə start veriləcək. 
 
Görüşlər "Murov" Voleybol Klubunun idman zalında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest