Apellyasiya Arbitraj Tribunalı "Xırdalan City" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayəti təmin etməyib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Belə ki, Leyla Gondolova barəsində 12 aylıq cəza qərarı qüvvədə saxlanılıb.
 
Gondolova Yüksək Liqada UGİM (Naftalan) klubu ilə matçda etdiyi hərəkətə görə 1 müddətinə diskvalifikasiya olunub.
 
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest