"Qarabağ"ın və İslandiya millisinin keçmiş qapıçısı Hannes Halldorsson karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı "tvitter" hesabında paylaşım edib.
 
Halldorsson son olaraq İslandiyada "Valur"un formasını geyinib.
 
O, 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest