Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start verilib. Matc.az xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunan yarışda Azərbaycan Super Liqasının iştirakçıları - "Azərreyl", "Murov", "Abşeron" və UNEC komandaları qüvvəsini sınayır.
 
Turnir "Azərreyl" - "Abşeron" matçı ilə start götürüb. Meydandan 3:1 (13:25, 25:18, 23:25, 17:25) hesablı qələbə ilə ayrılan "Abşeron" finala yüksəlib.
 
Digər oyunda isə "Murov" və UNEC komandaları üz-üzə gəlib. Rəqibini 3:0 (25:19, 25:15, 25:22) hesabı ilə məğlub edən "Murov" həlledici qarşılaşmada "Abşeron"a rəqib olub. "Azerreyl" və UNEC isə 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
 
Hər iki görüş martın 18-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest