Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Estoniya və Belarus yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Estoniya və Belarus yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç qarşıdakı görüşlərə 24 oyunçu dəvət edib.
 
Onlardan yalnız biri legionerdir. Bu, "Neftçi"dən icarə əsasında Latviya "Dauqavpils"inə keçən Asim Əlizadədir.
 
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Sumqayıtdakı "Kapital Bank Arena"da Estoniya ilə qarşılaşacaq. Martın 29-da Bakıdakı "Bakcell Arena"da isə Belarusla yoxlama oyunu baş tutacaq.
 
1. Amin Ramazanov - Qarabağ
2. Rüstəm Samiqullin - Sabah
3. Əkpər Vəliyev - Keşlə
4. Rauf Hüseynli - Qarabağ
5. Arsen Ağcabəyov - Sabah
6. Cəlal Hüseynov - Zirə
7. Mert çelik - Neftçi
8. Zamiq Əliyev - Qarabağ
9. Samet Karakoç - Qəbələ
10. Nihad Quliyev - Qarabağ
11. Ceyhun Nuriyev - Sabah
12. Səbuhi Abdullazadə - Sumqayıt
13. Asim Əlizadə - Dauqavpils (Latviya)
14. Şakir Seyidov - Sabah
15. Pərviz Azadov - Keşlə
16. İsmayıl Zülfüqarlı - Neftçi
17. Elvin Cəfərquliyev - Qarabağ
18. Emil Səfərov - Qəbələ
19. Rüfət Abdullazadə - Sumqayıt
20. Ədilxan Qarəhmədov - Səbail
21. İldar Ələkbərov - Sabah
22. Abdulla Xaybulayev - Sabah
23. Kamran Quliyev - Sabah
24. Musa Qurbanlı - Qarabağ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest