Qadın voleybolçular arasında keçirilən Bahar kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər.
 
Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara sahib çıxıb.
 
Final matçında isə "Abşeron" və "Murov" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar kubokunun qalibi olub.
 
Turnirin bütün oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest