Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Murov" voleybol klubunun idman zalında təşkil olunan tura "Neftçi" – MOİK matçı ilə start verilib.
 
Birinci hissədə MOİK 25:22 hesabı ilə qalib gəlsə də, bunun ardını gətirə bilməyib. "Neftçi" ardıcıl setləri hesabına yazaraq oyunu xeyrinə bitirib - 3:1 (25:23, 25:23, 25:12).
 
Günün ikinci matçında lider "Murov" "Ekspress"i sınağa çəkib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. "Murov" voleybolçuları 3 xalı rəqibini 3:0 (25:13, 25:12, 25:22) hesabı ilə məğlub etməklə əldə edib. 
 
Beləliklə, 12 turdan sonra "Murov" 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlardan bir xal geri qalan "Neftçi" ikinci pillədə qərarlaşıb. MOİK-in 15, məğlubiyyətə üzülən "Ekspress" 6 xala malikdir. "Sərhədçi" komandası isə hələ də xal hesabını aça bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest