Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
"Yeni Malatyaspor" evdə "Kasımpaşa"ya, "Göztəpə" isə "Alanyaspor"a 2 cavabsız qolla uduzub.
 
Səfərdə "Adana Dəmirspor"la qarşılaşan "Başakşəhər" ardıcıl ikinci məğlubiyyətə üzülüb. "Beşiktaş" isə evdə "Hatayspor"la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
 
Türkiyə Super Liqası
30-cu tur
18 mart
 
Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.ömür, 48. Djanini, 70.
 
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.
 
19 mart
 
Yeni Malatyaspor – Kasımpaşa 0:2
Qol: Muleka, 71. A.Engin, 74.
 
Göztəpə – Alanyaspor 0:2
Qol: Dyedyu, 71. T.Bingöl, 90+7.
 
Adana Dəmirspor – Başakşəhər 2:1
Qol: T.Sanuc, 38. Byarnason, 80 – Aleksiç, 48.
 
Beşiktaş – Hatayspor 1:1
Qol: Batşuayi, 16 – Lobyanidze, 41.
 
20 mart
 
14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest