Voleybol üzrə Bahar kubokunun qalibi olan "Abşeron"un baş məşqçisi Eldar Yusubov komandasının bu uğurunu şərh edib

Voleybol üzrə Bahar kubokunun qalibi olan "Abşeron"un baş məşqçisi Eldar Yusubov komandasının bu uğurunu şərh edib. Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Bahar kuboku"nda komandamızın iki əsas voleybolçusu olmadan mübarizə apardıq. çempionat oyunlarında zədələnən oyunçularımızın müalicəsi davam etdiyi üçün onlar bu yarışda iştirak edə bilmədilər. Sevindirici haldır ki, gənc qızlarımız etimadı doğrultdular. Onlar gözəl oyun göstərdilər və bu, bizi çox sevindirdi. Final matçının sonuncu setində hesabda rəqibdən bir neçə xal geridə olsaq da, toparlanaraq qalib gəlməyi bacardıq. Bu qələbə münasibəti ilə hər kəsi təbrik edirəm".
 
"Abşeron"un liberosu Bəyaz Alıyeva da sevincini gizlətməyib: "İki oyun keçirdik və hər iki matçda qalib gəldik. Düşünürəm ki, biz final oyunundakı qələbəni ilk matçdan sonra təmin etmişdik. Yarışda ilk rəqibimiz "Azərreyl" idi və biz güclü rəqibə qarşı gözəl oyun göstərdik. Final matçında isə "Murov" komandasına qalib gəldik. Bu mövsüm ölkə çempionatında da komandamız uğurlu çıxış edir. Artıq Super Liqada birinciliyi təmin etmişik, amma məqsədimiz növbəti matçları da qalib başa vurmaqdır. Bahar kubokundakı qələbə bütün kollektivimizin uğurudur və bu qələbə münasibəti ilə "Abşeron" komandasının bütün üzvlərini təbrik edirəm".
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest