Futbol üzrə İtaliya milli komandasının iki üzvü Dç-2022-nin pley-off mərhələsi ərəfəsində koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Milli komandanın iki üzvünün testi müsbət nəticələnib. Hər iki şəxs təcrid olunub və milli komandanın qalan üzvləri də təkrar testlərdən keçmək məcburiyyətində qalıb.
 
İtaliya millisi martın 24-də Dç-2022-nin yarımfinalının pley-off mərhələsində Şimali Makedoniya yığmasını qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest