İngiltərə klublarına mövsümün sonunadək Rusiya və Ukraynadan futbolçu almağa icazə verilməyib. Matc.az "The Times"a istinadən xəbər verir ki, bu qərar Premyer Liqanın bütövlüyünü qorumaq üçün qəbul edilib.
 
Bir müddət əvvəl FİFA ukraynalı futbolçular üçün xüsusi transfer pəncərəsi açıb və əcnəbi oyunçulara Rusiya klubları ilə müqaviləni dayandırmağa icazə verib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest