Bu gün Bakı vaxtı ilə saat 22:00-da Maltada keçiriləcək Malta – Azərbaycan oyununu idarə edəcək ispaniyalı hakimlər briqadasında dəyişiklik baş verib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşmanın baş hakimi Alexandro Hernandesi 4-cü hakim Sezar Sato Qrado əvəzləyib. 4-cü hakim funksiyası Malta Futbol Federasiyasından Emanuel Greçə həvalə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest