Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın qadınlardan ibarət voleybol millisini Qızıl Avropa Liqasının iştirakçıları arasından çıxarıb. Matc.az xəbər verir ki, buna səbəb yığmamızın yarışda oynamamasıdır. Ona görə də CEV Azərbaycanı siyahıdan çıxarmaq məcburiyyətində qalıb.  Komandamızı C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Voleybolçularımızın əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.
 
Həmçinin, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir. Lakin CEV hələlik Azərbaycanın adını iştirakçılar sırasından silməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest