Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov Monteneqro kubokunu qazanıb. Matc.az xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu "Budva" komandasında imza atıb. Baranov qazanılan qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb:
 
"Kubok uğrunda yarışda 7 komanda iştirak edirdi. Rəqiblərimiz layiqli mübarizə apardı, amma biz daha yaxşı oyun nümayiş etdirərək Monteneqro Kubokunu qazana bildik. Mövsümün əvvəlindən məqsədimiz Monteneqro Kubokunu qazanmaq  və çempionatda birinci yeri qazanmaq idi. Bir məqsədimizə çatdıq, inanıram ki, çempionatda da qalib gələcəyik". 
 
O, qarşıdakı yarışlardan və planlardan da danışıb: "10 gündən sonra çempionatın ilk final oyununa çıxacağıq. Bu görüş üçün ciddi hazırlaşırıq. Rəqibimiz kubokun finalında oynadığımız "Buduçnost" komandasıdır.  Monteneqro çempionatında final hissəsi 3 qələbəyə qədər olacaq. İnanıram ki, çempionatda da qalib qələcəyik. 
çempionat oyunları sona çatdıqdan sonra milli komandanın təlim-məşqlərinə qatılacağam. Vaxtaşırı millinin meneceri ilə əlaqə saxlayıram. Toplanışın nə vaxt olacağı hələ ki, bəlli deyil. Qarşıda milli komandamızı vacib oyunlar gözləyir. çalışacam ki, milli komandanın heyətində də uğurlu çıxış edim və birlikdə böyük qələbələrə imza ataq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest