Sabah UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turuna start veriləcək. Matç.az saytının məlumatına görə, Azərbaycan millisi növbəti oyununa çıxacaq.

Komandamız D liqasının III qrupunda Malta ilə üz-üzə gələcək. İki gün əvvəl Farer adaları ilə səfərdə qarşılaşan Qurban Qurbanovun yetirmələri sabahkı rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qrupdakı ilk iki sınağında heç-heçəyə razılaşan yığmamız Farer adalarını səfərdə böyük hesabla (3:0) məğlub edərək, vəziyyəti düzəldib. Komandamız lider Kosovo ilə aradakı xal fərqinin daha da artmaması üçün doğma azarkeşləri önündə mütləq 3 xal qazanmalıdı. Əks təqdirdə, qrup birinciliyinə ümid tükənə bilər.

Malta isə komandamızdan fərqli, iki gün əvvəl Kosovo səfərindən əliboş ayrılmışdı. üstəlik, kapitanları Maykl Mifsud qırmızı vərəqə alaraq, Bakıda meydana çıxmaq şansını itirib. Komandalarda əhval-ruhiyyənin fərqli olması Qurbanovun kollektivi üçün əlavə şansdı. Latviya ilə yoldaşlıq görüşünü də nəzərə alsaq, 4 oyundu uduzmayan millimiz uğurlu seriyanı davam etdirməli və ardıcıl 2-ci qələbəsini qazanmalıdı.

 

UEFA Millətlər Liqası

D liqası, III qrup

14 oktyabr

20:00. Azərbaycan – Malta

Bakı Olimpiya Stadionu. Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki (hamısı Xorvatiya)

 

1.

Kosovo

3

2

1

0

5-1

7

2.

Azərbaycan

3

1

2

0

4-1

5

3.

Farer adaları

3

1

0

2

3-6

3

4.

Malta

3

0

1

2

3-7

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest