Kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada 3-cü dövrənin son oyunları aprelin 4-də olacaq.
 
15-ci turun ilk qarşılaşmasında "Neftçi" "Murov"u (saat 15:00) sınağa çəkəcək. Ardınca "Sərhədçi" – MOİK (saat 17:00) oyunu baş tutacaq. Hər iki görüş "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
 
Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada 4-cü dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək 5-ci turun ilk matçı saat 16:00-da "Murov" və "Azərreyl" komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra  UNEC - "Abşeron" duelinə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest