Futbol üzrə Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Moskva "Lokomotiv"indən ayrılıb. Matc.az xəbər verir ki, əslən azərbaycanlı veteran futbolçu bu barədə yerli mətbuata açıqlamasında bildirib.
 
O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdığını bəyan edib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib. 38 yaşlı mütəxəssis 2021-ci ilin yanvarından bu postda çalışırdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest