Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, komandamız ayın 14-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.
 
Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk sınaq oyununu da keçirib. Rəqib Türkiyənin köklü komandalarından sayılan "Türk Telekom" klubunun U-20 basketbolçuları olub. Yığmamız bu görüşdə 64:62 hesabıyla qələbə qazanıb.
 
Bu oyunda yığmamızın üç üzvü – Amil Həmzəyəv və Əkbər Məmmədov hərəyə 17, Zaur Paşayev isə 14 xal toplayaraq qələbədə əsas pay sahibi olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest