ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Matc.az xəbər verir ki, ruslar ləğv edilmiş dünya çempionatına görə 80 milyon dollar məbləğində təzminat tələb edib.
 
Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxiləsinə görə 2022-ci il dünya çempionatını Rusiyada keçirməmək barədə qərar qəbul edib.
 
Dünya çempionatı 26 avqust-11 sentyabrda Rusiyanın10 şəhərində – Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest