"Real"ın keçmiş qapıçısı İker Kasilyas çempionlar Liqasının 1/4 final mərhələsinin "Real" – "çelsi" oyunundan sonra maraqlı paylaşım edib. Matc.az xəbər verir ki, o, "Twitter" hesabında "çelsi" ilə oyunda het-trik edən Kərim Benzemanın ünvanına tərif yağdırıb:
 
"K9 hörümçək adamdır. K9 qapıçıdır. K9 ən yaxşı dostunuzdur. K9 nənənizdir. K9 ABŞ-ın prezidentidir. K9 sizinlə birlikdə paraşütlə tullanan təlimatçıdır. K9 sizin qoruyucu mələyinizdir. K9 Allahdır!"
 
"Real" "çelsi"yə 3:1 hesabı ilə qalib gəlib. "Real"ın hər üç qolunun müəllifi Benzema olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest