Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında mükafatlar uğrunda görüşlərin keçirilmə yeri və vaxtı bəlli olub. Matc.az xəbər verir ki, həlledici matçlar aprelin 10-da baş tutacaq.
 
Günün ilk matçında bürünc medalçının adına aydınlıq gələcək. Həmin oyunda saat 12:00-da "Murov-2" və "Masallı" ilə görüşəcək. 
 
Ardınca isə final qarşılaşmasının start fiti veriləcək. çempion adı uğrunda "Azərbaycan Ali Hərbi Məktəb" və "Təhsil" qarşılaşacaq. Matç saat 14:00-da başlayacaq. 
 
Qeyd edək ki, görüşlər "Murov" Voleybol klubunun idman zalında təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest