Futbol üzrə İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
Səfərdə "Cenoa" ilə qarşılaşan "Latsio" darmadağına sevinib. "Venetsiya" da "Udineze" ilə ev oyunundan məğlub ayrılıb.
 
"Roma" doğma meydanda "Salernitana" üzərində əzmkar qələbəyə sevinib. "Napoli" isə "Fiorentina" ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. Səfərdə "Sassuolo"nun qonağı olan "Atalanta" da turu məğlub başa vurub.
 
Lider "Milan" bu turda Turində "Torino"nun qonağı olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
 
İtaliya A Seriyası
32-ci tur
 
9 aprel
 
Empoli – Spetsiya 0:0
 
İnter – Verona 2:0
Qol: Barella, 22. Dzeko, 30.
 
Kalyari – Yuventus 1:2
Qol: J.Pedro, 10 – De Liqt, 45. Vlahoviç, 75.
 
10 aprel
 
Cenoa – Latsio 1:4
Qol: Patriç, 68-öz qapısına – Marusiç, 31. İmmobile, 45+1; 63; 76.
 
Venetsiya – Udineze 1:2
Qol: Henri, 86 – Deulofeu, 35. Bekao, 90+4.
 
Napoli – Fiorentina 2:3
Qol: Mertens, 58. Osimhen, 84 – Qonzales, 29. İkone, 66. Kabral, 72.
 
Sassuolo – Atalanta 2:1
Qol: Traore, 24; 61 – Muriel, 90+3.
 
Roma – Salernitana 2:1
Qol: K.Peres, 82. Smollinq, 85 – Radovanoviç, 22.
 
Torino – Milan 0:0
 
11 aprel
 
22.45 Bolonya – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest