Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan "Səbail" 30-cu dəfə qalib gəlib.

Premyer Liqanın XXII turunda "Qəbələ" ilə qarşılaşan "Səbail"in oyundakı  üçüncü qolu ikiqat yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, bu topa İbrahim Aslanlı imza atıb. Onun 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb.

Paytaxt təmsilçisi "100"ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.
3:0 hesabı ilə qalib gələn "Səbail" 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub. Aftandil Hacıyevin yetirmələri sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edib.
 
Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan "Səbail" 30-cu dəfə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest